Yandırılmasını istəmişdi, dəfn edildi - Vəsiyyəti gerçəkləşmədi

Tarix: 18 Nov 2023 04:21

Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında türkiyəli məşhur aparıcı və yazıçı Metin Uca vəfat edib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, lakin aparıcının vəsiyyəti yerinə yetirilməyib.

Bu barədə mərhumun meneceri Kübra Kalem Baykara sosial media hesabında paylaşım edib.

Belə ki, aparıcı öləndən sonra yandırılaraq küllərinin İstanbul boğazına səpilməsini vəsiyyət etsə də, ailəsi onu dəfn edib.

Xatırladaq ki, 62 yaşlı aparıcı noyabrın əvvəlində qəza törədib. Bu zaman onun şah damarlarının tıxandığı məlum olub. Buna görə M. Uca üç gün öncə əməliyyat olunub. 

Xəbər Lenti