Xocalının Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb - FOTO

Tarix: 11 Dec 2025 12:07

Xocalı rayonunun Badara, Ballıca və Şuşakənd kəndlərinə növbəti köç karvanları yola salınıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocalının Badara kəndinə 6 ailə - 18 nəfər, Ballıca kəndinə 9 ailə - 38 nəfər, Şuşakənd kəndinə isə 14 ailə - 51 nəfər köçürüləcək.

Elgün Gəncimsoy Xocalı köç Badara Ballıca Şuşakənd

Xəbər Lenti