, 18 Yanvar, 2026
Tarix: 11 Dec 2025 16:44
Bolqarıstanın Baş naziri Rosen Jelyazkov istefa verib.
APA Bolqarıstan mediasına istinadən xəbər verir ki, o, paytaxt Sofiyada keçirilən kütləvi etiraz aksiyaları fonunda istefasını elan edib.
Qeyd edək ki, bir müddətdir Bolqarıstanda küçələrdə on minlərlə etirazçı hökuməti genişmiqyaslı korrupsiyada ittiham edərək istefaya çağırır.
Onların sayının təkcə paytaxtda 150 minə qədər olduğu bildirilir.
Ümumilikdə ölkənin 25 şəhərində etiraz aksiyaları keçirilir.
Toğrul Quluzadə Bolqarıstan Baş nazir istefa Rosen Jelyazkov