, 18 Yanvar, 2026
Tarix: 11 Dec 2025 17:55
Gürcüstan və Azərbaycan güclü müttəfiq olaraq qalır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “X” hesabında yazıb.
O, Aşqabad Forumu çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdüyünü qeyd edib.
“Gürcüstan və Azərbaycan regional sülh və sabitliyin dəstəklənməsi üçün birgə çalışmaqda davam edir. Biz strateji tərəfdaşlığımızın inkişaf etdirilməsinə sadiqik”, - Kobaxidze yazıb.
Cəmilə Babayeva Kobaxidze Gürcüstan Azərbaycan