Yaşar Gülər: Türkiyə Azərbaycan və Ermənistan arasında son müsbət addımları məmnunluqla izləyir

Tarix: 12.12.2025 01:07

Türkiyə müdafiə naziri Yaşar Gülər Azərbaycan və Ermənistan arasında son günlər əldə olunan müsbət irəliləyişləri məmnunluqla izlədiklərini açıqlayıb. APA xəbər verir ki, nazir prosesi regionun sülh və rifahına xidmət edəcək şəkildə başa çatdırmağın vacibliyini vurğulayıb.

“Türkiyə olaraq bu prosesin davamlı olmasına və region ölkələrinin sülhünə xidmət edəcək şəkildə yekunlaşmasına sadiqik. Bu məsələyə hər cür dəstək verməyə hazır olduğumuzu bildiririk”, — deyə Yaşar Gülər qeyd edib.

Nazir əlavə edib ki, Türkiyə “bir millət, iki dövlət, bir ordu” anlayışı çərçivəsində Azərbaycanda qardaş ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün təhsil və təlim fəaliyyətlərini davam etdirir və müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da dərinləşdirir.

Firuzə Vahid

Xəbər Lenti