Aİ Şurası Ukraynaya 2,3 milyard avro makro-maliyyə yardımını təsdiqləyib

Aİ Şurası Ukraynaya 2,3 milyard avro makro-maliyyə yardımını təsdiqləyib

Tarix: 11 Dec 2025 23:47

Avropa İttifaqı Şurası Ukraynaya altıncı tranş çərçivəsində 2,3 milyard avro məbləğində makro-maliyyə yardımının ayrılmasını təsdiqləyib. APA xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında məlumat verilir.

Bəyanata əsasən, qərarın qəbulundan sonra Ukrayna yaxın vaxtlarda 2,3 milyard avroya yaxın maliyyə vəsaiti əldə edəcək. Yardım Aİ-nin Ukrayna üçün nəzərdə tutulan makro-maliyyə proqramının növbəti mərhələsini təşkil edir.

Mənbə: apa.az

Xəbər Lenti