ABŞ Maduronun qohumlarına və altı şirkətə sanksiya tətbiq edib

Tarix: 12.12.2025 05:43

ABŞ Prezidenti Donald Tramp administrasiyası Venesuela Prezidenti Nikolas Maduronun üç qardaşı oğluna, Maduraya yaxın olduğu iddia edilən panamalı biznesmenə və neft daşımalarında iştirak edən altı şirkətə qarşı sanksiyalar tətbiq edib. APA xəbər verir ki, bu barədə Axios portalı öz mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, yaxın vaxtlarda ABŞ maliyyə naziri Skott Bessent yeni məhdudiyyətlərlə bağlı rəsmi açıqlama verəcək. Sanksiyalar neft daşınması üçün istifadə olunan tanker operatorlarına qarşı yönəlib.

Xəbər Lenti