Yaponiyada güclü zəlzələ baş verib, sunami xəbərdarlığı elan olunub

Tarix: 12 Dec 2025 07:48

Yaponiyanın Aomori prefekturası yaxınlığında 6,7 maqnitudalı zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.

Kyodo agentliyinin məlumatına görə hadisədən sonra ölkənin şimal və şimal-şərq bölgələri üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq elan edilib.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Xəbər Lenti