, 18 Yanvar, 2026
Tarix: 12 Dec 2025 14:01
Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı dediklərinə münasibət bildirib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Nazirlik S-400-lə bağlı son günlərdə yayılan sanksiya iddialarının əsassız olduğunu açıqlayıb.
Nazirlikdən bildirilib ki, Türkiyə və Vaşinqton Ankaranın F-35 proqramına yenidən qoşulmasına mane olan məsələləri müzakirə edir, lakin Türkiyənin Rusiya istehsalı S-400 hava hücumundan müdafiə sistemlərinə sahibliyi ilə bağlı heç bir dəyişiklik yoxdur.
Nazirlikdən o da bildirilib ki, Britaniyadan “Eurofighter Typhoon” döyüş təyyarələri təhvil verilən qədər müvəqqəti həll kimi Qətər və Omandan hərəsindən 12 ədəd olmaqla ümumilikdə 24 təyyarənin alınması planlaşdırılır.
ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın sözlərinə görə, əgər Türkiyə F-35 qırıcılarının istehsalı və alınması proqramına qayıtmaq istəyirsə, Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemini artıq saxlamamalıdır.
Dəryanur Cəfərova Türkiyə MN S-400-lər F-35 qırıcı təyyarə ABŞ səfiri