Ərdoğan Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə edib - YENİLƏNİB

Tarix: 12 Dec 2025 15:16

Rusiya və Türkiyə prezidentlərinin Aşqabadda keçirilən görüşü 40 dəqiqə davam edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşü mətbuata qapalı keçirilib.

Görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Liderlər görüşün protokol hissəsində çıxış etməyiblər, danışıqların əvvəlində açıqlama verməyiblər.

***

14:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat yayıb.

Dəryanur Cəfərova Türkiyə Rusiya Ərdoğan Putin Türkmənistan Aşqabad

Xəbər Lenti