Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 12 Dec 2025 17:53
İranın siyasəti Yaxın Şərqdə qeyri-stabilliyin mənbəyidir.
APA “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu Livanın xarici işlər naziri Yusid Racci deyib.
O, İranın Livandakı rolunu neqativ hesab etdiyini bildirib və rəsmi Tehranı Livanın daxili işlərinə qarşımamağa çağırıb.
“Əgər İran Livandakı qeyri-qanuni təşkilatı (Hizbullah) maliyyələşdirməyi dayandırsa və daxili işlərimizə qarışmaqdan əl çəksə, biz dialoqa hazırıq”, - Livanın ali diplomatı bəyan edib.
O əlavə edib ki, Livan və İsrail arasında ənənəvi danışıqlar prosesi mövcud deyil, lakin Beyrut atəşkəsə nail olmağa çalışır.
Toğrul Quluzadə Livan İran Yusif Racci