Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 12 Dec 2025 22:10
Avropa İttifaqı ölkələri Rusiya Mərkəzi Bankının Avropadakı aktivlərini qeyri-müəyyən müddətə dondurmaq barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Avropa Komissiyasının planına əsasən, bu addım Rusiya aktivlərinin sonrakı müsadirəsində ilk addımdır.
Mənbə: apa.az