Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 13 Dec 2025 14:30
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə təxminən 1,5 saat davam edən görüşün detalları barədə açıqlama verib.
Ərdoğan bildirib ki, cənab Trampın təşəbbüsləri ilə başlanan dialoqu müsbət qiymətləndirdiklərini vurğulayaraq Türkiyənin sülh səylərinə verə biləcəyi töhfələri müzakirə ediblər.
“Əsasən müharibə və sülh təşəbbüsləri ətrafında fikir mübadiləsi apardıq. Türkiyənin bu məsələdə tutduğu mövqeyi bütün tərəflər kimi cənab Putin də çox yaxşı bilir. Putinlə keçirdiyimiz bu görüşdən sonra, inşallah, ABŞ Prezidenti Tramp ilə də sülh planını müzakirə etmək imkanı əldə edərik. Sülh uzaqda deyil, onu görürük” – Türkiyə Prezidenti qeyd edib.
Dəryanur Cəfərova Türkiyə Rusiya Ukrayna ABŞ Ərdoğan Putin Zelenski TrampMənbə: apa.az