Şənbə, 13 Dekabr, 2025
Tarix: 13.12.2025 19:50
Rusiyanın gecə saatlarında Ukraynanın energetika infrastrukturlarına raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində bir milyondan çox abonent elektrik enerjisiz qalıb.
APA xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko “Telegram” kanalında məlumat verib.
Nazirin sözlərinə görə, hücumlar Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Odessa və Çerniqov vilayətlərini əhatə edib. Hadisə nəticəsində azı 5 nəfər yaralanıb.
Klimenko bildirib ki, elektrik təchizatı baxımından ən ağır vəziyyət Odessa və Nikolayev vilayətlərindədir. O, həmçinin təkrar zərbələr təhlükəsi səbəbindən bəzi ərazilərdə xilasedicilərin yanğınsöndürmə işlərini müvəqqəti dayandırmalı olduqlarını qeyd edib.
“Şəxsi heyətin təhlükəsizliyini təmin etmək üçün məsafədən yanğınsöndürmə üsullarından – robotlaşdırılmış texnika və köpük yaradan vasitələrdən istifadə edirik”, – nazir əlavə edib.
Rusiya Ukrayna dron işıq