Şənbə, 13 Dekabr, 2025
Tarix: 13.12.2025 20:56
Yekaterinburqun Lenin prospektindəki binada qısaqapanma nəticəsində tüstülənmə baş verib.
APA TASS-a istinadən xəbər verir ki, yanğınsöndürənlər gələnə qədər 150 nəfər təxliyə edilib.
"İnzibati binanın zirzəmisindəki elektrik mühərrikində baş verən qısaqapanma nəticəsində sonradan yanğın baş vermədən tüstü var idi. Yanğınsöndürmə briqadası gələnə qədər 150 nəfər təxliyə edilib", - məlumatda bildirilib.
Yanğının söndürülməsinə 31 nəfərlik heyət və 12 ədəd texnika cəlb olunub.
Yekaterinburq bina qısaqapanma tüstülənmə