Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

Tarix: 14 Dec 2025 03:46

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Rusiya aktivlərinin müsadirə olunması Avropa İttifaqının Moskva ilə açıq müharibə elan etməsi anlamına gələr. APA xəbər verir ki, o, bu bəyanatı Mohaç şəhərində keçirilən mitinqdə səsləndirib.

Çıxışın bir hissəsini Macarıstan hökumətinin sözçüsü Zoltan Kovaç X sosial şəbəkəsində paylaşıb.

“Rusiya aktivləri ilə manipulyasiya və onların müsadirəsi müharibə elanına bərabərdir”, — deyə Orban vurğulayıb.

Xəbər Lenti