Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti uzadılıb

Tarix: 29 Dec 2023 15:18

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır.

Əvvəl bu müddət 2024-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Xəbər Lenti