Azərbaycan və İran XİN rəhbərləri bu məsələləri müzakirə etdilər

Tarix: 18 Nov 2023 19:26

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.

Bölgədə sülhün gücləndirilməsi üçün regional formatların aktivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Xəbər Lenti