İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır

Tarix: 18 Nov 2023 23:01

“Iraqi Airways” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlara başlayır.

“Qafqazinfo” xəbər verir ki, aviadaşıyıcı Bağdaddan Bakı hava limanına ilk uçuşunu noyabrın 19-u saat 00:15-də həyata keçirəcək.

“Iraqi Airways” aviaşirkətinin həftədə 5 dəfə Bağdaddan Bakıya və əks istiqamətdə uçuşlar həyata keçirməyi planlaşdırılır. Dəqiq cədvəl aviadaşıyıcının www.flyiraqiairways.com rəsmi saytında göstərilib.

Xəbər Lenti