Cümə, 19 Dekabr, 2025
Tarix: 19 Dec 2025 18:13
Xalq artisti, tanınmış aktyor Ənvər Həsənovun qəbirüstü abidəsi hazırlanıb.
APA xəbər verir ki, abidə bu yaxınlarda Buzovna qəbiristanlığında Xalq artistinin məzarı üzərində ucaldılıb.
Qeyd edək ki, bir müddət əvvəl mərhum aktyorun qəbirüstü abidəsinin aidiyyəti qurumlar tərəfindən hazırlanıb ucaldılmaması barədə Ənvər Həsənovun ailə üzvlərinin narazılıqları yayılmışdı. İndi ucaldılan abidə isə onun ailəsinin maliyyəsi əsasında hazırlanıb.
Xatırladaq ki, Ənvər Həsənov bu ilin martın 16-da işemik insult səbəbi ilə vəfat edib.
İlkin Naib Ənvər Həsənov Xalq artisti Ənvər Həsənovun vəziyyəti Yeddi oğul istərəm Cəlal qəbir abidə məzar