Şəkidə küçə iti 4 yaşlı qızı dişləyib

Şəkidə küçə iti 4 yaşlı qızı dişləyib

Tarix: 21 Nov 2026 14:15

Şəkidə azyaşlı küçə itinin hücumuna məruz qalaraq xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Şəki şəhərinin Sabit Rəhman küçəsində baş verib.

Belə ki, sahibsiz it Bakı şəhər sakini, 4 yaşlı Sevil Babazadəyə hücum edərək onun bud nahiyəsindən xəsarət yetirib.

Azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona sağ budun yuxarı üçdəbir hissəsinin deşilmiş yarası diaqnozu qoyulub.

Sevil Babazadəyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd olunduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Vüqar Heydərov Şəki qız küçə iti xəsarət

Mənbə: apa.az

Xəbər Lenti