Şənbə, 21 Noyabr, 2026
Tarix: 21 Nov 2026 15:22
Noyabrın 21-də Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
Bu barədə APA-nın Vyetnama ezam olunmuş əməkdaşı xəbər verir.
Rəsmi nahardan yadda qalan bir məqam da geyim seçimi olub. Belə ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Arzu Əliyeva Vyetnam mədəniyyətinə hörmət əlaməti olaraq tədbirə bu ölkənin milli geyimlərində qatıldılar.
Ramiz Mikayıloğlu Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Leyla Əliyeva Arzu Əliyeva Vyetnam milli geyim



Mənbə: apa.az