Bazar ertəsi, 22 Dekabr, 2025
Tarix: 22 Dec 2025 13:47
“Kəndimizdən köçkün düşəndə 2 yaşım var idi. İndi iki övladımla qayıdıram. Çox ağır günlər yaşamışıq. Dəfələrlə bir yerdən başqa yerə köçmüşük”.
Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Xocalının Badara kəndinə köçən Nəfəs Nəfəsli deyib.
"Allaha şükür, doğma kəndimizə qayıtdıq. Çox xoşbəxtəm ki, mənim yaşadıqlarımı övladlarım yaşamayacaq. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzulayıram. Prezidentimizə ailəmiz adından dərin təşəkkürümü bildirirəm", deyə keçmiş məcburi köçkün bildirib.
Elgün Gəncimsoy Xocalı Badara köç