Rəsmi Moskva rusiyalı diplomatların Venesueladan təxliyəsi barədə xəbəri təkzib edib

Tarix: 23 Dec 2025 11:39

Rusiya Xarici İşlər Nazirliyi Venesueladan diplomatlarını təxliyə etməyə başlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Anonim Avropa kəşfiyyat rəsmisi AP-yə bildirib ki, 19 dekabrda Rusiya Xarici İşlər Nazirliyi Venesueladakı diplomatlarını təxliyə etməyə başlayıb.

Onun sözlərinə görə, Rusiya XİN Venesueladakı vəziyyəti "çox acınacaqlı" ifadələrlə təsvir edir.

Rəsmi Moskva isə bu məlumatı təkzib edib. XİN Rusiya səfirliyinin Venesueladan təxliyə edilməsi ilə bağlı məlumatın yalan olduğunu bildirib.

Rusiya XİN AP-nin xəbərini təxribat adlandırıb.

Fərid Əkbərov Rusiya XİN rəsmi Moskva Venesuela

Xəbər Lenti