Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılması planını nəzərdən keçirir

Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılması planını nəzərdən keçirir

Tarix: 18 Sep 2026 10:54

Pentaqon Avropadakı Amerika hərbi kontingentinin təxminən üçdə birinin çıxarılmasını nəzərdə tutan planı nəzərdən keçirir.

“NBC News”-un xəbərinə görə, müzakirə olunan plana ABŞ-ın Avropadakı hərbi təyyarələrinin, gəmilərinin, silahlarının və on minlərlə hərbçisinin bölgədən çıxarılması daxildir.

Bu addım NATO müttəfiqlərinin Rusiya tərəfindən artan təhdidlərlə bağlı xəbərdarlıqlarına baxmayaraq, nəzərdən keçirilir.

Müzakirələrin gedişi ilə tanış mənbələrin bildirdiyinə görə, Avropadakı ABŞ hərbi kontingentinin təxminən üçdə biri – 25 minə yaxın hərbçi çıxarıla bilər. Bununla belə, bəzi mənbələr kontingentin yarısına qədərinin, yəni 40 minə yaxın hərbçinin Avropadan çıxarılmasının mümkün olduğunu bildirir.

Plan həyata keçirilərsə, bu, Soyuq Müharibənin başa çatmasından bəri ABŞ-ın Avropadakı təxminən 80 min nəfərlik hərbi mövcudluğunun ən böyük ixtisarı ola bilər.

İlqar Xudiyev ABŞ Pentaqon Avropa

Mənbə: apa.az

Xəbər Lenti