Cümə, 17 Aprel, 2026
Tarix: 17 Apr 2026 16:50
İran Hörmüz boğazını açıb.
APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X”də bildirib.
O qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi atəşkəs müddəti ərzində tam açıq elan olunur.
“Bu, İran islam Respublikasının Liman və Dənizçilik Təşkilatının bəyan etdiyi koordinasiya edilmiş marşrutla baş tutacaq”, - o qeyd edib.
Toğrul Quluzadə İran Hörmüz boğazı xarici işlər naziri Abbas Əraqçi