Cümə, 18 Sentyabr, 2026
Tarix: 18 Sep 2026 11:53
Hörmüz boğazından keçməyə çalışan gəmiyə hücum edilib.
APA xəbər verir ki, bu barədə Birləşmiş Krallıq Dəniz Ticarəti əməliyyatları (UKMTO) məlumat yayıb.
Tankerin naməlum obyektlə hədəfə alındığı, gəmi heyəti arasında itki olmadığı bildirilib.
Məsələnin digər detalları hələlik açıqlanmayıb.
Toğrul Quluzadə Hörmüz boğazı tanker hücumMənbə: apa.az