Azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə 5 özəl şirkət cəlb olunub

Tarix: 23 Dec 2025 14:44

Azad olunmuş ərazilərdə minatəmizləmə sahəsində özəl şirkətlər fəaliyyətə başlayıb.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə fəaliyyətinə ANAMA ilə birgə müvafiq dövlət qurumları, 1 qeyri-hökumət təşkilatı və 5 özəl şirkət cəlb olunub. Fəaliyyət dövründə özəl şirkətlər tərəfindən 36 min hektardan çox ərazi mina və müharibənin digər partlayıcı qalıqlarından təmizlənib, 21 min ədəddən çox mina və partlamamış hərbi sursat aşkar edilib.

Firuzə Vahid Azad olunmuş ərazilər minatəmizləmə

Xəbər Lenti