Çərşənbə, 24 Dekabr, 2025
Tarix: 24 Dec 2025 14:26
“APA Media Group” Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankı ilə birgə qanvermə aksiyası keçirib.
Könüllü qanvermə aksiyasında “APA Media Group”un əməkdaşları iştirak edib.
Qanvermə aksiyası zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlıq vəziyyətini müayinə edib, daha sonra isə qan analizləri götürülüb.
Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə ediləcək.
“APA Media Group” Səhiyyə Nazirliyi Respublika Qan Bankı qanvermə aksiyası donor qan analizləri qan xəstəlikləri talassemiya hemofiliya

















