Köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB - FOTO - VİDEO

Tarix: 25 Dec 2025 14:12

Bu gün Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç olub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə köçürülən147 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

13:17

Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.

APA xəbər verir ki, bu gün Məmmədbəyli kəndinə 29 ailə - 147 nəfər köçürülüb.

Köç Zəngilan Məmmədbəyli kəndi

Xəbər Lenti