Növbəti köç karvanı Xocavəndin Qırmızı bazar qəsəbəsinə çatıb, açarlar sakinlərə təqdim edilib - YENİLƏNİB - FOTO

Tarix: 25 Dec 2025 14:09

Bu gün Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə köçürülən ailələrə evlərin açarları təqdim olunub.

APA xəbər verir ki, açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu gün Qırmızı bazar qəsəbəsinə 37 ailə - 169 nəfər köçürülüb.

***

13:05

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə çatıb.

APA xəbər verir ki, bu gün Qırmızı bazar qəsəbəsinə 37 ailə - 169 nəfər köçürülüb.

köç Xocavənd Qırmızı bazar qəsəbəsi

Xəbər Lenti