Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 13:45
Dekabrın 26-da Hadrut qəsəbəsinə növbəti köç olub.
APA-nın yerli müxbiri xəbər verir ki, bu mərhələdə Hadrut qəsəbəsinə köçürülən 51 nəfərdən ibarət 13 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
***
13.22
Növbəti köç karvanı Xocavənd rayonunun Hadrut qəsəbəsinə çatıb.
APA xəbər verir ki, bu gün Hadrut qəsəbəsinə 13 ailə (51 nəfər) köçürülüb.
Onlar respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Elgün Gəncimsoy köç Hadrut qəsəbəsi