Cümə, 26 Dekabr, 2025
Tarix: 26 Dec 2025 14:24
Növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
APA-nın yerli müxbiri xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 278 nəfərdən ibarət 64 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
köç Ağdam Xıdırlı kəndi