Yardımlıda şagirdlər qonşu kənd məktəbinə çətinliklə gedirlər - FOTO

Tarix: 27 Dec 2025 13:05

Yardımlıda bağlanan sinfin şagirdləri təhsillərini davam etdirmək üçün qonşu kənd məktəbinə gedirlər.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, söhbət Şıxlar kənd orta məktəbinin 4 şagirdindən gedir. Sentyabrdan bağlanan siniflərinə görə məcbur qalıb təhsillərini Çanaqbulaq kənd orta məktəbində davam etdirirlər.

Valideynlərin sözlərinə görə, Çanaqbulaq kəndinə gedən yol bərbad vəziyyətdədir: "Əsasən də qarlı və şaxtalı havalarda çətinlik daha da artır. Buna görə də bəzən övladlarımızı məktəbə atla aparıb-gətirməyə məcbur qalırıq".

Valideynlər bildirir ki, sinfin yenidən açılması üçün tələb olunan şagird sayı artıq mövcuddur. Hazırda valideynlər sinif otağının yenidən açılmasını, övladlarının öz kəndlərində təhsil almaları üçün müvafiq qurumlardan xahiş edirlər.

Qeyd edək ki, şagirdlərin Şıxlar kəndindən Çanaqbulaq kəndinə getmələri də vaxt itkisi olur.

İlkin Rzayev Yardımlı şagird

Xəbər Lenti