Bazar ertəsi, 29 Dekabr, 2025
Tarix: 29 Dec 2025 14:36
Çin hökuməti Somali ərazilərinin parçalanmasına yönələn hər hansı cəhdə qarşı çıxdığını bəyan edib.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Jian bildirib.
XİN sözçüsü Çinin Somalinin suverenliyi, birliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.
“Heç bir ölkə öz şəxsi maraqları üçün digər ölkələrin daxili separatçı qüvvələrini təşviq etməməli və dəstəkləməməlidir”, - o qeyd edib.
O, Somalilənd hakimiyyətini “separatçı fəaliyyətləri və xarici qüvvələrlə əlaqələri” dayandırmağa çağırıb.
Xatırladaq ki, cümə günü İsrail özünü müstəqil elan etmiş Somalilənd Respublikasını ilk rəsmi dövlət kimi tanıyaraq, bu ölkə ilə kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində dərhal əməkdaşlıq etmək haqda planlarını açıqlayıb.
İlqar Xudiyev Somaliya Çin