Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 29 Dec 2025 22:35
ABŞ və BMT arasında Vaşinqtonun təşkilatın humanitar proqramlarını maliyyələşdirmək yanaşmasını dəyişdirəcək şəkildə bir razılaşma imzalanıb.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Onun sözlərinə görə ABŞ, vergi ödəyicilərinin vəsaitlərindən israfçı şəkildə, anti-Amerika proqramlarını və ya səmərəsiz proqramları maliyyələşdirmək üçün istifadə etməyəcək.
"Bu gün Dövlət Departamenti və BMT, ABŞ-ın BMT-nin humanitar işini inkişaf etdirməsini, maliyyələşdirməsini və nəzarətində kökündən islahat aparmasını təmin edən bir razılaşma imzaladılar ki, daha az ABŞ vergi ödəyicisinin pulu ilə daha çox insanın həyatını xilas etsinlər", - Rubio deyib.