Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 30 Dec 2025 01:59
ABŞ prezidenti Donald Tramp Ukraynaya uzaq mənzilli “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib.
APA xəbər verir ki, Tramp bunu bazar ertəsi İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlara başlayarkən bildirib.
O bu raketlərin Ukraynaya verilməsinə qarşı çıxmasının səbəbi olaraq bildirib ki, hazırkı dövrü həssas hesab edir.
““Tomahawk”ları unutmayın. Mən Kiyevə “Tomahawk”ların verilməsini dayandırdım. Bunu istəmirdim, çünki bilirsiniz, söhbət həssas bir dövrdən gedir”, - Tramp deyib.