Perinatal Mərkəzdə yanğından sonra 60 körpə təxliyə edilib, vəziyyətləri stabildir

Tarix: 09 Jan 2024 15:46

Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra TƏBİB tərəfindən dərhal təxliyəyə başlanılıb və 60 körpə təxliyə edilib.

APA xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov deyib.

Onun sözlərinə görə, təxliyə olunanların vəziyyəti stabildir: “Körpələr TƏBİB-in tabeliyindəki 6 tibb müəssisəsinə təxliyə olunub. Həmin körpələrin yanıq və tüstüdən boğulma diaqnozları yoxdur”.

O qeyd edib ki, Respublika Perinatal Mərkəzi 3-cü səviyyəli doğum tibb müəssisəsidir: “Buradakı körpələr ya vaxtından əvvəl, ya da yanaşı patologiya ilə doğulanlardır. Təxliyə ilə bağlı hansısa ağırlaşma olmayıb”.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd isə jurnalistlərə açıqlamasında bildirib ki, Respublika Perinental Mərkəzdə çıxan yanğın zamanı tüstüdən zəhərlənən 3 nəfər evə buraxılıb.

Xəbər Lenti