Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 30 Dec 2025 05:46
ABŞ ordusu Sakit Okeanın şərqində beynəlxalq sularında narkotik kartelləri tərəfindən istifadə edildiyi iddia edilən bir gəmiyə zərbə endirib. Hücum nəticəsində iki nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.
"Kəşfiyyat gəminin Sakit Okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutu boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - məlumatda deyilir.