Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 30 Dec 2025 10:07
İran Prezidenti Məsud Pezeşkian hökuməti ölkədə baş verən etiraz aksiyalarının iştirakçılarının tələblərinə diqqətlə yanaşmağa çağırıb.
APA İran mediasına istinadən xəbər verir ki, Prezident bu məqsədlə ölkənin daxili işlər nazirinə müvafiq tapşırıq verdiyini açıqlayıb.
“Daxili işlər nazirinə tapşırıq verdim ki, etirazçıların nümayəndələri ilə dialoq apararaq onların haqlı tələblərini dinləsin və dövlət özünün tam potensialı ilə onların çətinliklərinin həlli istiqamətində fəaliyyət göstərsin”, – Pezeşkian bildirib.
Qeyd edək ki, İranın milli valyutası rialın ABŞ dolları qarşısında kəskin dəyər itirməsinə etiraz olaraq dünən paytaxt Tehran bazarlarında bir qrup sahibkar etiraz aksiyası keçirib. Hazırda vəziyyətlə bağlı aidiyyəti qurumlar tərəfindən müzakirələr aparıldığı bildirilir.
Toğrul Quluzadə İran Pezeşkian etiraz aksiyaları