Səudiyyə Ərəbistanı BƏƏ-nin Yəməndəki fəaliyyətini özünün milli təhlükəsizliyinə təhdid adlandırıb

Tarix: 30 Dec 2025 11:34

Səudiyyə Ərəbistanı BƏƏ tərəfindən Yəməndə atılan addımları özünün milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir.

APA “Al Arabiyya” kanalına istinadən xəbər verir ki, bu barədə Səudiyyə ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Səudiyyə Ərəbistanı Krallığı BƏƏ tərəfindən atılan addımlardan- Cənubi Keçid Şurasına təzyiq göstərərək ölkəmizin cənub sərhədlərində hərbi əməliyyatlar keçirməyə məcbur etməsindən məyusluq hissi duyur. Sözügedən bölgələrdə hərbi əməliyyatlar keçirilməsi Səudiyyə Ərəbistanı Krallığının milli təhlükəsizliyinə, Yəmən Respublikasına və regiona təhdiddir. BƏƏ-nin bu hərəkəti çox təhlükəlidir və Yəməndə Legitimliyin Qorunması Koalisiyası qurulan zaman qəbul edilmiş prinsiplərə ziddir”, - bəyanatda bildirilir.

Qeyd edək ki, BƏƏ özünün dəstəklədiyi Cənubi Keçid Şurasına silah-sursat göndərməyə cəhd edib və Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya bu cəhdin qarşısını alıb.

Toğrul Quluzadə Səudiyyə Ərəbistanı BƏƏ Yəmən

Xəbər Lenti