Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 30 Dec 2025 13:27
Moskva, İnquşetiya və Çeçenistanda "Batal-Hacı Belxoroyev cərəyanının ardıcılları" təşkilatının üzvləri saxlanılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dəstə üzvlərindən çox sayda silah-sursat və partlayıcı maddə müsadirə edilib.
Qeyd edək ki, Batal-Hacı Belxoroyev təriqəti 1870-ci illərdə İnquş din xadimi Batal-Hacı Belxoroyev tərəfindən təsis edilib. "Batal-Hacı Belxoroyev cərəyanın ardıcılları" təşkilatı Rusiyada terror təşkilatı kimi tanınıb və qadağan edilib.
Fərid Əkbərov Moskva İnquşetiya Çeçenistan