Belarusda “Oreşnik” raket bölməsi döyüş növbəsinə başlayıb

Tarix: 30 Dec 2025 13:04

Belarusda “Oreşnik” mobil raket kompleksi ilə təchiz olunmuş bölmənin döyüş növbəsinə başlaması ilə bağlı təntənəli mərasim keçirilib.

APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Raket kompleksinin start, rabitə, mühafizə və enerji təminatı üzrə döyüş heyətinin mütəxəssisləri, həmçinin mexanik-sürücülər döyüş növbəsinə başlamazdan əvvəl müasir təlim və məşq vasitələrində yenidən hazırlıq keçiblər”, - MN-in məlumatında deyilir.

Qeyd olunur ki, Belarusda Rusiya hərbçilərinin döyüş növbəsi və məskunlaşması üçün bütün zəruri şərait əvvəldən yaradılıb, bölmənin şəxsi heyəti isə yeni döyüş patrul zonalarını mənimsəyir.

İlqar Xudiyev Oreşnik raketi Belarus Rusiya

Xəbər Lenti