Səbaildə üçotaqlı evdə yanğın olub

Tarix: 09 Jan 2024 20:03

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 m² olan 3 otaqlı evin bir otağının yanar konstruksiyaları 36 m² sahədə yanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 21 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər Lenti