Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 30 Dec 2025 14:53
Çin və Rusiya sanksiyalara baxmayaraq, Rusiya qazını Çin terminallarına daşımaq üçün tankerlərdən ibarət “kölgə donanması” yaradıb və onu genişləndirir.
APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, donanma köhnə maye qaz daşıyan tankerlərdən istifadə edir, gəmilərin sahibi və daşınan yükün mənşəyini gizlətmək üçün onların adları dəyişdirilir və qeyri-müəyyən şirkətlər adı altında qeydiyyata alınır.
Məlumata görə, bu ilin avqust ayından bəri bu gəmilər vasitəsilə Rusiyadan Çinin Beihai terminalına 500 milyon ABŞ dolları dəyərində maye qaz daşınıb.
Bildirilir ki, bu təşəbbüs Çini ucuz yanacaqla təmin etməyə və Rusiyaya isə iri həcmdə qaz ixracını davam etdirməyə kömək edir.
İlqar Xudiyev Çin Rusiya qazı kölgə terminalı sanksiyalar