Küveytli Baş katib: Ərəb ölkələri arasında gender bərabərliyi üzrə ilk üçlükdəyik

Tarix: 20 Nov 2023 12:17

“Bu gün Səudiyyə Ərəbistanında texniki sahələrdə çalışan qadınların sayı artıb. Təhsil sahəsində də bu rəqəmlər artıb”.

APA xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın Ailə Məsələləri Şurasının Baş katibi Maimoonah Xəlil Əlxəlil Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib.

O çıxışında deyib ki, onun ölkəsində qadın hüquqları ilə bağlı nailiyyətlər əldə olunub.

"2021-2022-ci il göstəricilərinə görə böyük uğurlar əldə etmişik, qadınların 91 faizi təhsilə cəlb olunub. Səudiyyə Ərəbistanı beynəlxalq sahədə də öz uğurlarını davam etdirmək əzmindədir və bu istiqamətdə çalışacaq".

Küveytin Ailə Məsələləri üzrə Ali Şurasının Baş katibi Məryəm Alazemi də konfransda çıxış edib. O, Qəzzadakı müharibəyə toxunaraq deyib ki, bu gün Qəzzada həlak olanların 70 faizi qadın və uşaqlardır.

O daha sonra ölkəsində gender bərabərliyi ilə bağlı vəziyyət barədə danışıb. Məryəm Alazemi deyib ki, Müdafiə Nazirliyi, hərbi mühəndislik, bank sektorunda çalışanların 40 faizindən çoxu qadınlardır.

“Ölkədə işçi qüvvəsinin 35 faizini qadınlar təşkil edir. Ölkəmizdə qadınların təmsilçiliyi bizi prioritetlərimizdən biridir. Biz Ərəb ölkələri arasında gender bərabərliyi istiqamətində uğurlar əldə edən ilk üçlükdədir".

Pakistanın qadınların statusu ilə bağlı milli komissiyanın sədri Nikufər Bəxtiyar çıxışında deyib ki, Pakistan qadınları çətinliklərlə üzləşməsinə, məhrumiyyətlərlə üzləşməsinə baxmayaraq insanlar sabaha ümidlidirlər, qətiyyətlidirlər.

"Qadınlar bu gün hərbi sahədə çalışırlar, onların arasında yüksək rütbəli hərbçilər var, qadınlar qırıcı təyyarələr idarə edirlər. Siyasi idarəçilikdə qadınlarımız iştirak edir. Siz Bənahzir Bhuttonu xatırlayırsınız, o 35 yaşında iki dəfə seçilmiş müsəlman dünyasının ən gənc qadın Baş naziri idi. Siz, Malala Yusifzayı tanıyırsınız, gənc Nobel sülh mükafatçısı. Bu gün biz burada uğurlarımız, təcrübəmiz barədə danışırıq, amma eyni zamanda biz bu gün Qəzzada, Fələstində qadınların üzləşdiyi çətinliklər barədə danışmalıyıq. Bu gün Qəzzada qan tökülür, orada bizim bacılarımız, körpələr öldürülür. Bu qantökmə dayandırılmalıdır, atəşkəs olmalıdır", Nilufər Bəxtiyar deyib.

Konfransda Türkmənistanın Qadınlar İttifaqının Mərkəzi Şurasının sədri Akcamal Durdiyeva çıxış edib. O deyib ki, qadınlara hörmət Türkmənistan xalqının mentalitetindədir.

Xəbər Lenti