Ukrayna XİN: Rusiya sülh danışıqlarını bloklamaq üçün Putinin iqamətgahına hücum barədə yalan danışır

Tarix: 30 Dec 2025 17:59

Rusiya Putinin iqamətgahına guya hücum edilməsi barədə uydurma məlumatı sülh danışıqlarından yayınmaq məqsədilə yayır.

APA xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georqi Tixiy “X”də bildirib.

Onun sözlərinə görə, son dövrlərdə Ukrayna və ABŞ-ın fəal fəaliyyəti nəticəsində sülhə aparan yollar üzrə səylər sürətlənib və məhz buna görə Rusiya danışıqlardan imtina etmək üçün saxta bəhanə yaradıb.

“Ruslar iqamətgaha hücumla bağlı bu mistifikasiyanı məhz bu səbəbdən uydurdular. Onların məqsədi sülh təşəbbüslərindən imtina etmək üçün saxta və olduqca səhlənkar əsas yaratmaq idi”, — Tixiy vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına Ukraynanın PUA hücumu cəhdi terror aktıdır.

İlqar Xudiyev Ukrayna Rusiya Putinin iqamətgahı ABŞ sülh danışıqları

Xəbər Lenti