Rusiyada qaz infrastrukturunu partlatmaq istəyən şəxs öldürülüb

Tarix: 30 Dec 2025 17:55

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Kabardin-Balkar Respublikasında qazpaylayıcı sistemə qarşı planlaşdırılan təxribatın qarşısının alındığını bildirib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, aparılan əməliyyat zamanı Nalçik şəhər sakininin qaz infrastrukturunun bir hissəsini partlatmağı planlaşdırdığı müəyyən edilib. Şübhəli şəxs saxlanılarkən silahlı müqavimət göstərib və cavab atəşi ilə öldürülüb.

FTX bildirir ki, onun üzərindən təxminən 5 kiloqram trotil ekvivalentində partlayıcı qurğu, Ukrayna istehsalı olan silah-sursat aşkarlanıb.

İlqar Xudiyev Rusiya qaz kəməri təxribat

Xəbər Lenti