Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 30 Dec 2025 17:51
Rusiya Prezidenti Vladimir Putin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Telefon danışığı zamanı Məsud Pezeşkian "Rusiya Prezidentinin Novqorod vilayətindəki dövlət iqamətgahına genişmiqyaslı dron hücumunu pisləyib".
Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən enerji və nəqliyyat infrastrukturunda daha da gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
İranın nüvə proqramı ətrafında da vəziyyət müzakirə olunub.
İran İslam Respublikası Məsud Pezeşkian Vladimir Putin İranın nüvə proqramı