Çərşənbə axşamı, 30 Dekabr, 2025
Tarix: 30 Dec 2025 21:32
Zəngəzur dəhlizi dünyadakı ən yüksək tutumlu dəhlizlərdən biri olacaq. APA-nın yerli bürosu xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O bildirib ki, dünyadakı risklər nəzərə alındıqda alternativ dəhlizlər çox vacibdir və Zəngəzur Dəhlizinin bu baxımdan əhəmiyyəti böyükdür.
“Bizə dəhlizin tutumu baxımından və fövqəladə vəziyyətlər üçün alternativlər lazımdır. Bu alternativləri biz yaratmalıyıq. Bura bizim üçün həqiqətən çox qiymətlidir. Eyni zamanda, Türk dünyasına və Türk dövlətlərinə birbaşa nəqliyyat imkanı təmin edəcəyik”, - deyə nazir vurğulayıb.
Dəryanur Cəfərova